Öz pullarından imtina etmək heç də xoş hiss deyil. Amma hərdən bunu etməli olursan. Kreditin ödənişi prosesini daha asan və sizin üçün az ağrılı etməkdən ötrü özünüz üçün ən rahat ödəniş üsulunu seçin.
Kredit üzrə ödənişlərin həyata keçirilməsi kredit müqaviləsini imzalandıqdan 1 ay sonra start götürür. Borcları vaxtında, qeyd edilən müddətdə ödəmək çox vacibdir. Əks təqdirdə, sizə əlavə faizlər və cərimələr hesablanacaq, kredit tarixçəniz də korlanacaq. Banklar əlindən gələni edir ki, bugün müştərilərə kreditlərinin ödənişi baxımından daha geniş imkanlar təklif etsin, öz xidmət şəbəkələrini genişləndirsinlər.
Gəlin krediti ödəmək üsullarının hər birinə ayrılıqda baxaq.
Bank kassası
Kredit ödənişlərinin ən geniş yayılmış üsuludur. Adətən, borcalanlar pulu elə aldıqları bankda və filialda geri ödəyirlər. Amma əksər hallarda bu proses olduqca uzun alınır. Bir çox banklara növbələr yaranır, gözləmək məcburiyyətində qalırsan. Bu müddət dəqiqələr və bəzən saatlarla çəkir. Krediti başqa bir bankın filialında da ödəmək olur, amma bu zaman əlavə komisyon ödəməli olursunuz.
Bankomatlar və terminallar
Bankomat
Bankomat vasitəsi ilə pul çıxarmaq mümkün olduğu kimi kredit sifarişi və ödənişi də mümkün olur. Bu gün əksər bankların bankomatlarında plastik kart vasitəsi ilə kredit ödənişi həyata keçirmək mümkündür. Bu zaman sizin ödədiyiniz məbləğ kartdan silinir və sizin kredit hesabına mədaxil olunur. Təbii ki, bu, əməkhaqqısını və ya gəlirlərini kartla alan müştərilər üçün sərfəlidir.
Həmçinin “card to card” əməliyyatı vasitəsi ilə də bir kartdan digərinə pul köçürməklə krediti ödənişinizi yerinə yetirmiş olursunuz, təbii ki, əgər kredit nağd deyil, kartla alınıbsa. Bankomatların yerləşdiyi ərazi ilə bağlı məlumatı isə onlayn xəritələrdən əldə etmək, mobil aplication-lar vasitəsi ilə xəbər tutmaq olar.
Əsas çətinlik odur ki, istifadə etdiyiniz kartlar, əsasən, həmin bankın kartı və bankomat da həmin bankın bankomatı olmalıdır.
Cash in terminalları
Əgər siz pulunuzu kartla deyil, nağd şəklində alırsınızsa köməyinizə “Cash in” terminalları çata bilər. Məxsusi olaraq, nağd pul qəbulu üçün nəzərdə tutulub. Bu “Cash in” cihazları ilə hesaba pul qoymaq, depoziti artırmaq, kredit ödənişini həyata keçirmək, kommunal ödənişlər etmək mümkündür. Adətən, bank filiallarında, onlara yaxın ərazilərdə, bankın partnyor olduğu iri ticarət mərkəzlərində olur.
Bank of Baku, Bank Standard, Bank Respublika, Unibank, AccessBank “Cash in” terminallarına sahib banklardır.
Proses sadədir: Siz terminalın ekranında hesab nömrənizi daxil edir, sizə aid olan məlumatları təsdiqləyirsiniz. Pulu nağd şəkildə terminala daxil edirsiniz. Sonda qəbz almağı unutmayın.
Digər ödəniş terminalları – Milli ÖN və eManat
Bankların borclarını həmçinin ödəniş köşkləri vasitəsi ilə ödəmək mümkündür. Bu sırada MilliÖN və eManat-ı qeyd etmək olar.
Hazırda eManatda cəmi üç bank – BankofBaku, Unibank və və BTB Bankın ödənişlərini etmək imkanınız vardır.
MilliÖN-də isə daha çox bankın kredit ödənişini həyata keçirmək mümkündür. Amma daha ətraflı öyrənmək üçün linkdən keçid edin.
Bank xidmətləri |
||
Dəmirbank |
Turanbank |
AGBank |
FINCA Azerbaijan |
AzerCredit |
Bank of Baku |
Unibank |
Bank Standard |
Embafinans |
Nikoil |
AtaBank |
Bank Respublika |
TBC Kredit |
FlexiCred |
Kreditlərin onlayn ödənişi
Siz bank kreditlərini həmçinin həmin bankların korporativ saytları vasitəsi ilə ödəyə bilərsiniz. Aşağıda adları qeyd olunan banklar sizə bu imkanı təqdim edir:
Bank of Baku, Unibank, Bank Respublika, DəmirBank, AccessBank, Bank Silk Way, Bank Avrasiya, Turan Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Expressbank, Bank Standard
Daha ətraflı: http://banco.az/az/news/hansi-banklarin-kreditlerini-onlayn-odemek-olur
Bununla yanaşı kreditləri hesab.az portalından istifadə etməklə ödəmək mümkündür.
İnternet Bankinq və Mobil Bankinq
Bununla yanaşı, kredit hesablarınızı internet və mobil bankinq xidmətləri vasitəsi ilə idarə edə bilərsiniz. Əsas odur ki, bankınız sizə həmin xidmətləri təklif etmiş olsun. Heç də bütün banklarda intenet və mobil bankinqin sizə verdiyi imkanlar eyni deyil. Həmin xidmətlərin imkanlarını öyrənmək üçün banka müraciət etməyiniz tövsiyə olunur.