Kredit almaq üçün maaşımız nə qədər olmalıdır? | Banco.az

Kredit almaq üçün maaşımız nə qədər olmalıdır?

Artıq bir çox bank kredit verilişini aktivləşdirib. Lakin ötən illərlə müqayisədə banklar kredit verərkən daha həssas davranmağa başlayıblar. Belə ki, bankların müştərilər qarşısında qoyduqları tələblər bəzən həddindən artıq çox hesab edilə bilər. Amma bankları da bu məsələdə qınamaq olmaz. Çünki məlum iqtisadi vəziyyətdə hər kəs özünü sığortalamağa məcburdur. Gələk kreditlərin verilmə qaydalarına.

Əgər siz bankdan kredit (istehlak krediti) almaq fikrinə düşmüşünüzsə, lakin rəsmi iş yeriniz yoxdursa, yaxşı olardı ki, təcili bu fikirdən daşınasınız. Banklar ilk növbədə sizdən iş yerinizi soruşacaqdır. İş yeriniz varsa və iş yerindən arayış gətirmə imkanınız yoxdursa, bu dəfə də siz kredit barəsində düşünməsəniz çox yaxşı olardı. Üçüncüsü sizin son iş yerindən gətirəcəyiniz arayış son 6 ayı (bəzi banklarda son 1 il) əks etdirmirsə, gözləyin 6 ay tamam olsun sonra müraciət edin.

Əgər iş yeri və iş yerindən arayış məsələsini həll edə bildinizsə, ikinci mərhələyə keçmiş hesab olunursunuz - ÖHDƏLİKLƏR.

Bank sizin bütün öhdəliklərinizə nəzər salacaqdır: Yaşam xərci, əlavə kreditlər(varsa), kredit tarixçəniz və s.

Əgər siz bu mərhələdən keçəcəyinizə əminsinizsə, bir digər məsələ haqqında məlumat vermək istərdik - ƏMƏK HAQQI.

Bəli, düzgün oxudunuz. Sizin aldığınız rəsmi (sənəd üzərində) əmək haqqı sizə kreditin verilməsi prosesində olduqca böyük rol oynayır. Bəzi banklar əmək haqqı üçün minimal tələb olaraq respublikanın yaşayış minimumundan - 173 AZN aşağı əmək haqqı qəbul etməyəcəklər. Qeyd edək ki, bəzi banklar hələ də, 2017-ci ilin yaşayış minimumunu (155 AZN) minimal əmək haqqı olaraq qəbul edir. 

Banco.az ölkəmizdə nağd pul krediti verən bankların əmək haqqı üçün qoyduqları limitləri bir yerə topladı. Əgər sizin əmək haqqınız bankların qoyduqları minimal tələbi ödəyirsə o zaman kredit müraciətinizin cavabsız qalmaması daha böyük bir ehtimal olacaqdır. Hələ bunun zamin məsələsi də var ki, götürəcəyiniz məbləğdən asılı olaraq sizdən 1 və ya 2 zamin tələb oluna bilər. 

Bəzi banklar Kapital Bank, Beynəlxalq Bank, sadəcə əmək haqqını onlardan alan müştərilərinə verir. Bu zaman əmək haqqına qoyulan minimal tələb digər banklardan daha az təşkil edir.

Kredit üçün faiz dərəcələri isə sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.

Bank

Məbləğ(AZN)

Faiz

Əmək haqqı üçün minimal tələb

(məbləğ)

AccessBank

500-10.000 

29%

200 AZN 

AFB Bank

500-10.000

30%

300 AZN

Azər Türk Bank

maks. 15.000

26-29%

200 AZN

Bank Avrasiya

500-5.000

25%

300 AZN

Bank BTB

300-5.000

29-31%

173 AZN

Bank of Baku

300-10.000

26-32%

205 AZN

Bank Respublika

500-10.000

min. 26%

yoxdur

Beynəlxalq Bank1

100-15.000

25-29%

150 AZN

Expressbank

300-15.000

27-28%

155 AZN

Kapital Bank2

300-20.000

29,84%

70 AZN

NBC Bank 

10.000

29-32%

155-160 AZN

Nikoil Bank

500-30.000

26-29%

173 AZN

Rabitəbank

300-5.000

26-30%

Fərdi baxılır

Turanbank

5.000

29%

Fərdi baxılır

Unibank

300-15.000

23-33%

100 AZN

Yapı Kredi Bank Azərbaycan

300-10.000

26%

465 AZN

Ən sərfəli kredit üçün müraciət et

  1.  Beynəlxalq Bank - dan  əmək haqqı və ya pensiya kartı olmalıdır.
  2. Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. 

Ümumilikdə kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bir çox hallarda da zamin tələbi olur.  (Zaminsiz kredit götürmək istəyirsinizsə, həmçinin baxın: Zaminsiz kredit verən banklar) Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər).