Hüquq departamentinin Rəhbəri (Bakı)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Hüquq departamentinin Rəhbəri vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Təşkilatın fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və maraqların təmin edilməsi;
- Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə və digər orqanlarda və təşkilatlarda çıxış edilməsi;
- Qanunvericiliyin tətbiqi ilə bağlı təşkilatın struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
- Təşkilat adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
- Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.
Tələb olunan keyfiyyətlər:
- Hüquq sahəsində ali təhsil;
- Bank sektorunda hüquq sahəsi üzrə iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Ezamiyyələrə hazır olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!