Koronavirusun ən çox yayıldığı ölkələrdə hansı məhsullara təlabat var? | Banco.az

Koronavirusun ən çox yayıldığı ölkələrdə hansı məhsullara təlabat var?

Koronavirus epidemiyasının getdikcə daha çox yayılması insanların təlabat siyahısının dəyişməsinə səbəb oldu. Son məlumatlara əsasən fərqli ölkələrin vətəndaşlarının daha çox hansı məhsulları aldıqları açıqlanıb. Odur ki, ölkələrin koronavirus istehlakını daha yaxından nəzərdən keçirək.

Almaniya - Tualet kağızı

Virusa yoluxma sayının çox olmasına baxmayaraq, ölüm nisbətlərinin aşağı olduğu Almaniya Avropadakı digər ölkələrə nisbətən daha yaxşı vəziyyətdədir. Digər tərəfdən, ölkə əhalisi epidemiya xəbərlərinin artması ilə tualet kağızı və təmizləyici materiallara hücum edib. Nəticədə tələb o qədər artıb ki, onlayn mağazalarda bir paket tualet kağızının qiyməti 20 avroya qədər artıb.

ABŞ - Silah

ABŞ bu günə qədər virusun ən çox yayılma arealına sahib olan ölkələrdən biri olaraq qeyd olunur. Beləliklə, virus xəbərlərin artması ilə əhali silah satılan yerlərə axın edib. ABŞ vətəndaşlarının silah, ərzaq və içki tədarükünə böyük tələbatı bir çox silah dükanlarında məhsulların tükənməsinə gətirib çıxarıb.

İtaliya - Makaron və şərab

Koronavirusun ən şiddətli olduğu İtaliyada insanlar əsasən makaron və şəraba üstünlük verir.

İspaniya - Makaron və şərab

İtaliyaya bənzər bir şəkildə İspaniyada da makaron, xəmir və şərab məhsullarına tələbat çoxalıb.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə - Odekolon (Kolonya)

Türkiyədə istisnasız olaraq hər evdə öz yerini tutan kolonyalar, koronavirusun yayılması ilə daha da məşhur oldu.

Fransa - Şərab və prezervativlər

Fransa əhalisi digər vətəndaşlardan fərqli olaraq, karantin günlərində prezervativlərə daha çox maraq göstərirlər. Ölkədə ən çox axtarılan digər məhsullardan biri də şərabdır.

Skandinaviya ölkələri - Ağrı kəsici

Virus hallarının digər Avropa ölkələri ilə müqayisədə bir qədər az olduğu İsveç, Norveç, Danimarka və Finlandiyada koronavirusla mübarizədə insanlar dərman almağa üstünlük verirlər. Beləliklə, vətəndaşlar ağrı kəsicilərə və antipiretik maddələri olan insulinə böyük tələbat göstəriblər.

İsveçrə - Dondurulmuş yemək

Virusun daha çox yayıldığı ölkələrdən olan İsveçrədə tərəvəz, tualet kağızı və dondurulmuş yemək daha çox tələb olunan məhsullardır.

Həmçinin oxu : Məşhur şəhərlərin karantin günlərini canlı yayımda necə izləmək olar? - VİDEO

Aida İsaq, Banco.az