Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu | Banco.az

Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu

Koronavirus pandemiyası iqtisadiyyatın bir çox sahələrinə ciddi zərər vurmaqla yanaşı bir sıra sahələrin də önə çıxmasına səbəb oldu.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, pandemiya dövründə avtomatlaşdırmaya marağın artması və bu sahənin önə çıxması müşahidə olunur:

“Güman olunur ki, pandemiyanın davam edən aylarında, o cümlədən post-pandemiya dövründə xüsusən də avtomatlaşdırmaya daha çox önəm veriləcək. Bu da birbaşa pandemiya dövründə və gələcəkdə belə şoklar yaranarsa, onlayn menecmentin daha çox inkişaf etdirilməsi məqsədi daşıyır”.

Deputatın fikrincə, pandemiya xüsusən ərzaq məhsullarının istehsalında qablaşdırmanın önə çıxmasına səbəb oldu: “Nəzərə alsaq ki, əvvəlki dövrlərdə açıq şəkildə satılan bir sıra ərzaq məhsulları artıq qablaşdırılır, qablaşdırma artıq bir yan sənaye olaraq önə çıxdı və guman olunur ki, növbəti dövrlərdə də həm qablaşdırma, həm qablaşdırma ilə bağlı dizayn sahəsinin inkişafı müşahidə olunacaq”.

V.Bayramov əlavə edib ki, onlayn xidmətlər də pandemiya dövründə önə çıxır və inkişaf davam edəcək:

Ən sərfəli kredit üçün müraciət et

“Onlayn təhsil və hətta internet vasitəsilə fərdi şagird və tələbə hazırlığı da önə çıxdı. Eyni zamanda bir sıra sektorlarda, xüsusən dərman peraparatlarının istehsalında bəzi məhsullara tələbatın artması müşahidə olunur və həmin məhsulların istehsalının genişlənməsi, o cümldən strateji ərzaq məhsullarının və emal edilmiş, qablaşdırılmış məhsulların istehsalının da genişlənəcəyi və önə çıxması müşahidə edilməkdədir”.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram