KFC sürücüsüz qida avtomobillərini istifadəyə verdi | Banco.az

KFC sürücüsüz qida avtomobillərini istifadəyə verdi

Tamara Mustafayeva, Banco.az

Ötən məqalələrimizdən birində KFC şirkətinin pandemiyaya uyğun dizayn edilən yeni restoranlarından bəhs etmişdik. İndi isə fast-fud nəhəngi müştərilərə məhsullarını insan təmasını minimuma endirəcək və sosial məsafə qaydasını təşviq edəcək formada servis etmək üçün sürücüsüz 5G qida avtomobillərini istifadəyə verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, KFC şirkətinin Çində fəaliyyət göstərən filialları tərəfindən həyata keçirən bu kampaniya çərçivəsində sürücüsüz avtomobillər Şanxay şəhərində xidmət göstərməyə başlayıb. Müştərilər sifariş vermək üçün sadəcə sensorlu ekrandan istifadə etməklə məhsulları seçməli və daha sonra QR kod vasitəsilə ödənişi icra etməlidirlər. Ödəniş həyata keçirildikdən sonra müştərilərin sifarişlərini götürə bilmələri üçün təslimat bölməsi açılır.

İddialara görə, bu sürücüsüz avtomobillər qısa müddət əvvəl həmin nəqliyyat vasitələrinin kütləvi istehsalı üçün 29 milyon dollar sərmayə qəbul edən "Neolix" adlı avtonom çatdırılma xidməti şirkəti tərəfindən istehsal edilib. Sözügedən avtomobillər maneələri müəyyən edib onlardan yayına bilir və saatda maksimum 50 km sürətə çataraq batareyalarının bircə dəfə enerji ilə yüklənməsindən sonra 100 km yol qət edə bilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: KFC pandemiyaya uyğun yeni restoranlar açdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram