2017-ci ilin sonuna az qalıb, bir aydan sonra biz artıq bankların bu ili necə başa vurduqlarını biləcəyik. Yekun hesabatların çıxmasından əvvəl Banco.az olaraq, bankların son 4-5 ildəki maliyyə göstəriclərinin dəyişməsini araşdırmaq qərarına gəldik.
Yazacağımız ilk bank Kapital Bank oldu. Kapital Bank 92 filial və 7 şöbə ilə müştərilərin xidmətindədir və əhatə dairəsinə görə ölkənin ən böyük bankıdır.
2017-ci ilin 3-cü rübünün sonuna olan rəqəmlərə əsasən, Bankın aktivləri 3 milyard manatdan çoxdur. 2013-cü ildən bəri aktivlər inanmla böyüməyə davam etmiş, amma ən böyük artım tempi 2015-ci ildə müşahidə olunmuşdur, 2014-cü ilə nisbətən aktivlər, 44% böyümüşdür.
Bankın kredit portfelində artım tempi aktivlər nisbətən daha azdır, amma buna rəğmən kredit portfelinin hazırkı həcmi 1 mlrd 220 mln manatdır.
Bankın kapital adekvatlıq əmsalları normadan daha yaxşıdır :
- Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı - 8.50% (norma 5%)
- Məcmu kapitalın adekvatlıq əmsalı - 13.20% (norma 10%)
Valyuta böhranına rəğmən, Kapital Bank son illəri mənfəətlə başa vurub və 2017-ci ilin üçüncü rübünə olan göstəriciyə əsasən, Bankın vergilər çıxılmaqla mənfəəti –m 57 mln 636 min manat olub.
Daha ətraflı İnfoqrafikada izləyə bilərsiniz.