Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Əksər motivatorların müştərək fikridir ki, yeni günə hansı əhval-ruhiyyədə başlasan, bütün günü elə keçirərsən. Adətən günə gümrah və pozitiv başlamaq da ilk növbədə səhər yeməyindən asılı olur. Sevilən, iştah açan qidaların gözoxşayan dizayn və ecazkar mənzərə ilə harmoniyası isə insanın həm ruhunu qidalandırır, həm enerjisini artırır. Bundan sonra günün qalan hissəsinin istənilən rejimi kimi narahat edər ki?
Banco.az komandası adından hər zaman sizə faydalı olacağına inandığımız mövzularda araşdırmalar aparır və öz tövsiyələrimizi veririk. Bugünkü məqaləmizin isə mövzusu başlanğıcdan da aydın olduğu kimi, inanırıq ki, günün ən vacib rasionu olan səhər yeməyini sevənlərin böyük marağına səbəb olacaq. Beləliklə, Bakıda fəaliyyət göstərən bir çox kafe və restoranlarda təklif edilən səhər yeməklərinin qiymətini araşdırıb təqdim edirik.
Qeyd edək ki, siyahıda 1 və 2 nəfərlik səhər yeməyi setlərinin qiymətləri əks olunub. Bəzi restoranlar bir neçə növ səhər yeməyi seti təklif etdiyi üçün siyahıda birdən çox qiymət qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!