Rəqəmsal televiziya yayımı üçün şirkətlərin aylıq tarifləri | Banco.az

Rəqəmsal televiziya yayımı üçün şirkətlərin aylıq tarifləri

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Günümüzün ortalama 3-4 saatını televizor qarşısında keçiririk. Kabel televiziyası ilə həmin vaxtı daha maraqlı və səmərəli etmək mümkündür. Kabel televiziyası televizora yüksək keyfiyyətli fiber-optik kabel vasitəsilə televisiya siqnalının ötürülməsidir. Bununla, siz 200-dən çox istədiyiniz mövzuda kino və verilişlər izləyə bilərsiniz. Bunun üçün, internetdən əlavə HD Reviser və CAM moduluna ehtiyac olacaq. Bunları isə həm şirkətdən əldə edə, həm də ayrıca özünüz də ala bilərsiniz. Şirkətlərin özlərindən aldığınız bəzi hallarda tariflərdə endirim də əldə edə bilərsiniz. Ödənişlər isə aylıq ediləcək. Əksər provayder şirkətlərinin bu xidməti üzrə aylıq tarifləri 10 AZN-dir. Lakin bəzi hallarda bu kanalların sayına görə fərqlənə bilər. Həmçinin 6 və 12 aylıq tarifləri əvvəlcədən ödədiyiniz halda şirkətlər sizə endirim tətbiq edə bilər. Bir şeyi də diqqətinizə çatdıraq ki, aylıq tariflər yalnız kabel televiziyası üçün keçərlidir. İnternetin qiyməti bura daxil deyil. 

Rəqəmsal yayımın digər bir növü də İP TV-dir. Bunun kabel televiziyasından fərqi odur ki, siz qeyd olunan sayda kanallara baxmaq üçün əlavə kabel çəkməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə smart televizor və "TV Box" lazımdır. Təbii ki internetin olması da vacibdir. Bu növ televiziya kanallarına baxmaq üçün isə şirkətlərin aylıq tarifləri aşağıdakı cədvəldəki kimidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram