İstifadəçilər 160 minə çatdı | Banco.az

İstifadəçilər 160 minə çatdı

“Hesab.az” onlayn xidmətlər portalının ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 160 min nəfərə çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 
bildiriblər ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilirlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et