İstanbulda etiraz aksiyaları nəticəsində zərərçəkən özəl sahibkarlar hökumətdən faizsiz kreditlər tələb edir. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.
Məlumata görə, bu bəyanatla Türkiyə Sahibkarlar Konfederasiyasının rəhbəri Bəndəvi Palatökən ölkə hökumətinə müraciət edib.
Daha əvvəl Baş nazirin müavini Bülənt Arınç bildirib ki, Türkiyə hökuməti nümayişçilərin tələblərini müzakirə etməyə hazırdır. Arınçın sözlərinə görə, hökumət üçün ən əsası radikal tədbirlərin olmamasıdır.
Baş nazirin müavini əlavə edib ki, nümayişlər nəticəsində Türkiyəyə 70 milyon lirə ziyan dəyib
Trend