Müəllif: Tamara Mustafayeva, Banco.az
İsrail Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib.
Banco.az xəbər verir ki, İsrail Bankı faiz dərəcəsini 4,50 faiz səviyyəsində sabit saxlayıb.
İsrail Mərkəzi Bankı artan inflyasiya təzyiqləri səbəbindən faiz dərəcələrini dəyişməyib.
Bank uçot dərəcəsini 4,5 faiz səviyyəsində sabit saxlayıb. Bununla da faiz dərəcəsi ardıcıl altıncı dəfədir ki, dəyişməyib.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozları da faiz dərəcəsinin sabit saxlanılacağı istiqamətində idi.
Xatırladaq ki, avqustda İsraildə inflyasiya illik müqayisədə 3,6 faiz təşkil edib və bu, hökümətin hədəflədiyi 1-3 faiz səviyyəsindən yuxarı göstəricidir.
Bizi sosial şəbəkələrdən izləyin!!