İspaniya: Turizm mövsümünün elan olunması ilə məşğulluq səviyyəsi artıb | Banco.az

İspaniya: Turizm mövsümünün elan olunması ilə məşğulluq səviyyəsi artıb

İkinci rübdə İspaniyada işsizlik 25%-dən aşağı enib. Aprel-iyun ayları ərzində 400 min insan iş tapıb. Bu göstərici 2005-ci ilin ortalarından sonra ən sürətli artım tempinin qeydə alındığı göstəricidir. İlk növbədə, bu vəziyyət yaz aylarında İspaniyada turizm mövsümünə start verilməsi və xidmət sahəsində çoxsaylı vakansiyaların meydana gəlməsi ilə bağlıdır. Digər tərəfdən isə hökumət hesab edir ki, əmək bazarı artıq durğunluq dövrünü geridə qoyub və tədricən bərpa olunur. Dünya maliyyə böhranı İspaniyanın mənzil bazarını da çökdürüb. Məlumat üçün qeyd edək ki, bu seqment üzrə uzun illər boyunca iqtisadi artım qeydə alınmışdı. Bundan əlavə, onu da nəzərinizə çatdıraq ki, 2007-ci ildə 8% təşkil edən işsizlik səviyyəsi 2013-cü ildə artıq 27%-ə qədər yüksəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et