İqtisadiyyatın daha 4-5 faiz azalacağı gözlənir | Banco.az

İqtisadiyyatın daha 4-5 faiz azalacağı gözlənir

Qərbin iqtisadi sanksiyaları, dünya bazarında neftin və qazın qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatını zəiflədib. Bunu Rusiyanın rəsmi şəxsləri də etiraf edirlər. Onlar bildiriblər ki, bu il iqtisadiyyatın daha 4-5 faiz azalacağı gözlənir.

Ölkənin baş naziri Dmitri Medvedev Rusiya üçün anti-böhran planı hazırlayıb və imzalayıb. Planın mətni hökumətin saytında yerləşdirilib.

Maliyyə naziri Anton Siluanov ötən gün deyib ki, anti-böhran planına əsasən, hökumətin xərci dondurulacaq və struktur islahatları həyata keçiriləcək.

Xatırladaq ki, baş nazir D.Medvedevin bu gün Rusiyanın regional administrasiya rəhbərləri ilə görüşündə plan barədə geniş məlumat verəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com