İpoteka Fondunun banklara 100 milyon manata yaxın borcu var | Banco.az

İpoteka Fondunun banklara 100 milyon manata yaxın borcu var

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə başlanıldığı 2006-cı ildən bu il oktyabrın 1-nə qədər "Azərbaycan İpoteka Fondu"nun (AİF) müvəkkil bankları 859,4 milyon manat ipoteka krediti verib.

Renkinq.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, AİF həmin kreditlərin 763,2 milyon manatını və yaxud 88,8%-ni yenidən maliyyələşdirib. Son nəticədə hazırda Fond müvəkkil kredit təşkilatlarına 96,2 milyon manat borcludur.

AİF banklara ilk dəfə 2006-cı ildə, 4,3 milyon manat borclu qalıb. Həmin il 5,6 milyon manat ipoteka krediti verən banklar bunun 1,3 milyon manatını və yaxud 23,2%-ni Fonddan geri ala biliblər. Bu, ipoteka kreditləşməsinin həyata keçirildiyi 12 il ərzində ən aşağı təkrar maliyyələşdirmə nisbəti olub.

Növbəti illərdə AİF-in müvəkkil kredit təşkilatlarına borcu gah artıb, gah da azalıb və 2013-cü ilin yekununda rekord həddə - 102,4 milyon manata çatıb. Həmin vaxt bankların verdiyi ipoteka kreditləri 533,5 milyon manat, bunun yenidən maliyyələşdirilmiş hissəsi isə 431,1 milyon manat təşkil edib. Bununla da, təkrar maliyyələşdirmə nisbəti 80,8% olub.

Sözügedən nisbətin ən yüksək həddi isə 2016-cı ilin yekununda - 96,6% qeydə alınıb. Bu il yanvarın 1-nə bankların verdiyi ipoteka kreditləri 728,9 milyon manat, bunun yenidən maliyyələşdirilmiş hissəsi isə 704,4 milyon manat təşkil edib.

Hesabat ili

Müvəkkil bankların verdiyi ipoteka kreditləri

(milyon manatla)

AİF-in yenidən maliyyələşdirdiyi ipoteka kreditləri  (milyon manatla)

Təkrar

maliyyələşdirmə

nisbəti

Fərq 

milyon manatla)

 

İl üzrə

Yekun

İl üzrə

Yekun

İl üzrə

Yekun

İl üzrə

Yekun

2006

5,6

5,6

1,3

1,3

23,2%

23,2%

-4,3

-4,3

2007

70,2

75,8

45,4

46,7

64,7%

61,6%

-24,8

-29,1

2008

0,0

75,8

16,9

63,6

-

83,9%

16,9

-12,2

2009

77,2

153,0

21,9

85,5

28,4%

55,9%

-55,3

-67,5

2010

96,9

249,9

90,5

176,0

93,4%

70,4%

-6,4

-73,9

2011

95,5

345,4

77,0

253,0

80,6%

73,2%

-18,5

-92,4

2012

75,2

420,6

91,2

344,2

1,2 dəfə

81,8%

16,0

-76,4

2013

112,9

533,5

86,9

431,1

77,0%

80,8%

-26,0

-102,4

2014

97,1

630,6

126,4

557,5

1,3 dəfə

88,4%

29,3

-73,1

2015

97,2

727,8

113,6

671,1

1,2 dəfə

92,2%

16,4

-56,7

2016

1,1

728,9

33,3

704,4

30,3 dəfə

96,6%

32,2

-24,5

2017

130,5

859,4

58,8

763,2

45,1%

88,8%

-71,7

-96,2

Cəmi

859,4

763,2

88,8%

- 96,2

Ən sərfəli kredit üçün müraciət et