Müasir sığorta sənayesinin texnologiya innovasiyaları ilə yenidən dizayn olunması İnsurtech adlanır. Insurtechin əsas məqsədi xərcləri aşağı salmaq və insanların sığorta yatırımlarını artırmaqdır. Insurtech ingiliscə “insurance”- sığorta və “tech” texnologiya sözlərinin birləşməsindən yaranıb. Fintechdən-maliyyə texnologiyalarından ilhamlanaraq yaranmış bu yeni sahə, ən innovativ sahələrdən sayılır. Nəhəng sığorta şirkətlərinin böyümək imkanları hər zaman limitlidir. İnsurtech böyük şirkətlərə belə yenidən böyümək şansı tanıyan bir sistemdir. “Sosial sığorta” (Sosial sığorta 3-cü tərəfin araçı fəaliyyətinə ehtiyyac olmadan qruplar arasında formalaşdırılan sığorta sistemi) anlayışının genişlənməsilə və dataya əsaslanan dinamik qərarlarla çalışan bu mexanizm, dəyişkən premium qiymətlərini belə asanlıqla təyin etməyi bacarır.
Sığorta qədim sənayedir. Maliyyə sahələri arasında ən qədim sahələrdən biridir. Hələ 13-14-cü əslərdə Avropada tacirlərin mallarını qorumaq üçün Risicum Gentium adlı “sığorta şirkəti” var idi. Azərbaycanda sığorta fəaliyyətini aparmağa lisenziya almış ən iri sığorta şirkəti “Azərisığorta” dır. Sığorta işinin əsas məqsədi riski daha dəqiq hesablamaqla qazanan tərəf olmaqdır. Təbii ki, müştərilərin datalarını toplamaqla ümumi bazar tendensiyasını müəyyən etmək prosesin açar nöqtəsidir. Ümumiyyətlə, keçmişdə və ya indi, sığorta toplanmış informasiyaya, dataya uyğun olaraq riski hesablamaqdır. İnsurtech isə həmin riskin hesablanmasını, datanın daha düzgün və səmərəli istifadəsini təmin edir.
Insurtechin hansı innovasiyaları var ?
Bazarda oyunun şərtlərini dəyişən insurtech startupları, yalnız qiymətlərin təyin olunmasında ən yaxşı deyil. İnsurtech hazırda, deep-learning və süni zəka alqoritmlərilə təkmilləşdirilərək möcüzələr yaradır.
Bazarda İnsurtechi tətbiq edən kimlər var ?
- ACD (CEO-Ernie Bray)
- AppOrchid (CEO-Krishna Kumar)
- VBA (CEO-Tom Vilter)
- Simply Easier Payments (President-Duke Williams)
- SE2 (CEO-Gautam Thakkar)
- Majesco (CEO-Ketan Mehta)
- Insurity (CEO-Chris Giglio)
Sevinc Hüseynova, banco.az