Instagram masaüstü versiyada çoxdan gözlənilən funksiyanı sınaqdan keçirir | Banco.az

Instagram masaüstü versiyada çoxdan gözlənilən funksiyanı sınaqdan keçirir

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Instagram platformasına kompüterdən daxil olarkən şəkil və ya video yayımlamaq mümkün olmurdu. Odur ki, platforma bu istiqamətdə yeni funksiya üzərində işləyir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Instagram istifadəçiləri masaüstü versiyadan da kontent yayımlaya biləcəklər.

Şirkət sözçülərindən biri məsələ ilə bağlı açıqlama edərək belə bildirib:

"Bir çox istifadəçinin platformaya kompüterdən daxil olduğunu bilirik. Bu səbəbdən də internet brazuerləri vasitəsilə Instagram-da video və ya fotoşəkil yayımlama funksiyasını sınaqdan keçiririk."

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən funksiyanın nə vaxt aktivləşdiriləcəyi bəlli olmasa da, yaxın günlərdə məsələ ilə bağlı yeniliklərin olacağı ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et