Tamara Mustafayeva, Banco.az
Instagram platformasının hazırda iki yeni funksiya üzərində işlədiyi məlum olub.
Instagram platformasında istifadəçilər adətən "Hekayələr" bölməsinə daha müntəzəm müraciət edirlər. Şirkət də bu bölmənin funksiyalarını daha da təkmilləşdirmək məqsədilə hər dəfə yeni addımlar atır. Məlum olan son yeniliyə görə isə istifadəçiləri yaxın günlərdə olduqca faydalı bir funksiya gözləyir.
Belə ki, adətən hər hansı bir istifadəçinin hekayəsinə reaksiya verildiyi zaman qarşı tərəfə mesaj göndərilirdi. Bunun qarşısını almaq istəyən şirkət istifadəçilərə xüsusi mesaj göndərilmədən də hekayələrə reaksiya vermə imkanı yaradacaq.
Digər yenilik isə müəyyən markalarla əməkdaşlıq edən istifadəçilərə aiddir. Sosial media nəhəngi bu əməkdaşlıqların elan edilməsi üçün hekayələr bölməsinə yeni yarlıq əlavə edəcək.
Şirkət hazırda sözügedən funksiyaların sınaq mərhələsini həyata keçirir. İstifadəçilərin bəyənisinə təqdim ediləcəyi dəqiq tarix isə hələ ki, bəlli deyil.
Həmçinin oxu: Instagram platformasından növbəti YENİLİK
Bizi sosial şəbəkələrdən izləyin!!