Tamara Mustafayeva, Banco.az
Instagram video və ya fotoşəkillərin şaquli formatda yayımlanması funksiyasını "Hekayə" bölməsinə də əlavə edəcək.
Facebook şirkəti tabeliyində olan Instagram platformasında tətbiq etdiyi bir sıra yeniliklərlə uzun müddətdir ki, çox populyar olan TikTok platforması ilə rəqabət aparmağa çalışır. Belə ki, bu yaxınlarda Instagram platformasına əlavə edilən funksiyaların TikTok-a qarşı üstünlük əldə etmək üçün əlavə edildiyini deyə bilərik. Bu funksiyalardan sonuncusu isə "Reels" formatı olmuşdu. Sözügedən format sayəsində istifadəçilər TikTok tətbiqində olduğu kimi şaquli formada çəkilmiş videoları məxsusi "Reels" bölməsində yayımlaya bilirlər. İndi isə sosial media nəhəngi həmin formatı "Hekayə" bölməsində də aktivləşdirəcək.
Şirkətin bu funksiyanı hazırda sınaqdan keçirdiyi, yaxın günlərdə isə bütün istifadəçilərin bəyənisinə təqdim edəcəyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!