Tamara Mustafayeva, Banco.az
Instagram platformasında istifadəçilər yaxın günlərdə ianə kampaniyaları təşkil edə biləcəklər.
İnsanların sevimli sosial media platformalarından biri olan Instagram istifadəçiləri sevindirəcək daha bir funksiya üzərində işləyir. Məlum olduğu kimi, YouTube və Twitch kimi platformalarda müxtəlif üsullarla izləyicilərdən ianə toplamaq mümkündür. Yaxın günlərdə bu funksiya Instagram üçün də aktiv olacaq. Xatırladaq ki, şirkət paltformaya bir müddət əvvəl kiçik biznes sahiblərinə dəstək olmaq üçün olduqca faydalı yeni funksiya əlavə etmişdi. Aşağıdakı link-ə keçid edərək sözügedən funksiya ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz:
Instagram kiçik biznes sahiblərini sevindirəcək yeni funksiyasını AKTİVLƏŞDİRDİ
Platformanın sahibi olan Facebook şirkəti Instagram üçün ianə kampaniyası keçirmək funskiyası üzrə sınaq mərhələsinin artıq başladıldığını elan edib. İanə kampaniyalarını həm şəxsi, həm də biznes profilləri vasitəsilə təşkil etmək mümkün olacaq.
30 gün davam edəcək sınaq mərhələsi hazırda ABŞ, İngiltərə və İrlandiyada istifadəçilər üçün aktiv edilib. Yaxın günlərdə sınaq mərhələsinə daha çox ölkənin daxil edilməsi gözlənilir.
Qeyd edək ki, istifadəçilərin sözügedən funksiyanı aktivləşdirməsi üçün Parametrlər bölməsinə daxil olub "İanə toplamağı əlavə et" seçiminə klikləməsi, nəhayət "Pul Vəsaiti Topla" seçimini aktivləşdirməsi lazımdır.
İanə verəcək istifadəçilər şəxsi məlumatlarını kampaniyanı təşkil edənlər istisna olmaqla, digər izləyicilər üçün gizli saxlaya biləcəklər.
Xatırladaq ki, ianə kampaniyasını təşkil edəcək şəxslər mütləq 18 yaşdan yuxarı istifadəçilər olmalıdır.
Yaxın günlərdə aktivləşdiriləcək bu yeni funksiyanın istifadəçilərin böyük marağına səbəb olacağı düşünülür.
Həmçinin oxu: Artıq Instagram "Shopping" funksiyasından daha çox satıcı faydalanacaq
Bizi sosial şəbəkələrdən izləyin!!