Tamara Mustafayeva, Banco.az
Instagram uzun müddətdir ki, gözlənilən "açar söz"-lə axtarış funksiyasını aktivləşdirəcək.
Məlum olduğu kimi, Instagram platformasında istifadəçilər axtarış üçün profillərin adı və ya yarlıqlara müraciət edirlər. Bununla da genişmiqyaslı axtarış nəticəsi əldə etmək mümkün olmur. Odur ki, şirkət axtarışların "açar söz" vasitəsilə icra edilməsini təmin edən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Hazırda ABŞ, İngiltərə və Kanadada bu funksiya istifadəçilərin bəyənisinə təqdim edilib, yaxın günlərdə dünya miqyasında aktivləşdiriləcəyi gözlənilir.
Həmçinin oxu: WhatsApp-da videoları səssiz göndərmək mümkün olacaq
Bizi sosial şəbəkələrdən izləyin!!