"İnsanların xəyalındakı Mars" mövzusunda reklam filmi çəkildi | Banco.az

"İnsanların xəyalındakı Mars" mövzusunda reklam filmi çəkildi

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə adına tez-tez rast gəldiyimiz Nobel Sülh Mükafatı laureatı Qreta Tunberq və müstəqil reklam agentliyi FRED & FARID tərəfindən yaradılan və ətraf mühitin qorunmasına həsr edilən "Fridays for Future (FFF)" kampaniyası çərçivəsində yeni reklam filmi yayımlanıb. Filmin diqqət cəlb edən tərəfi isə əslində Marsın insanların xəyal etdikləri yer olmamasıdır.

Sözügedən reklam filmində insanların alternativ planet axtarışında olması və dünyadakı problemlərdən qaçıb başqa bir planetə sığınmaq düşüncəsi hədəf alınır. Kadrlarda kosmik geyimlərdəki səyyahlar və qayalıqdan ibarət mənzərəyə pəncərədən baxan ailələr göstərilir. Eyni zamanda reklam filmində "Mars - ləkəsiz planet", "Yeni Dünya", Yenidən başlaya bilərik", "Bəşəriyyətin gedişatını əbədiyyən dəyişdirmə azaldığı" kimi cümlələr eşidilir.

1% başlığı ilə yayımlanan klip, əslində 1% qaçış ideyasına zarafatyana yanaşır. Filmin başlanğıc musiqisinin başa çatmasından sonra isə qırmızı toz buludu içərisində Mars səthinə enən kosmik cihaz ekranda görünür. Videonun sonunda isə "Və Dünyada qalası 99%-lik əhali üçün iqlim problemlərini daha yaxşı həll edə bilərik" şüarı yazılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram