İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) (mərkəzi bank) iyun ayında uçot dərəcəsini proqnozlara uyğun olaraq 5,25 faiz səviyyəsində sabit saxlayıb.

Qeyd edək ki, bu, 2008-ci ildən bəri olan ən yüksək faiz dərəcəsidir ki, mərkəzi bank artıq 7 iclasında da faizlərdə heç bir dəyişiklik etməyib.

Xatırladaq ki, İngiltərədə illik inflyasiya may ayında 2 faiz təşkil edib. Apreldə isə illik inflyasiya 2,3 faiz idi. May ayında illik inflyasiya 2021-ci ilin iyul ayından bəri ən aşağı illik inflyasiya olub.

İngiltərənin Baş naziri Rişi Sunak ölkəsində inflyasiyanın Almaniya, Fransa və ABŞ-dan aşağı olduğunu bildirib. O xatırladıb ki, vəzifəsinin icrasına başlarkən bu göstərici 11 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram