Azərbaycan Ordusu işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu Ermənistan Silahlı Qüvvələrindən azad etmək üçün əks-hücum əməliyyatını davam etdirir. Müharibə yalnız silahlarla ön cəbhədə deyil, informasiya savaşı olaraq axra cəbhədə də aparılır. İnformasiya savaşı xüsusilə də, siyasi platforma kimi tanınan Tvitter sosial şəbəkəsində daha aktiv formada aparılır.
Son günlər #StopArmenianOccupation, #KarabakhisAzerbaijan! #DontBelieveArmenia, #StopArmenianAgression, #LongLiveAzerbaijan, #LongLiveAzerbaijanArmy və s. həştəqləri trendə də düşüb.
Maraqlıdır, həştəq nədir və necə yaranıb?
Həştəq istifadəçilər tərəfindən yaradılan və Tvitter yazılarına əlavə kontekst artırmaq üçün istifadə olunan işarələmə qaydasıdır. Tvitterdən əvvəl # düyməsi sadəcə telefonlarda “rəqəm” sözünü əvəzləyirdi. İndi isə həştəq eyni mövzuda olan tvitləri qruplaşdırmaq üçün həlledici üsuldur. KİV-lərdə “flickr” etiketlərinə bənzər, qarışıq simvolu olan kəliməni (və ya # işarəsi) sözün əvvəlində işlədərək Tvitter postuna əlavə edilir. Maliyyə bazarında bizneslərin gələcək qiymətinin proqnozlaşdırılması üçün həştəqlərdən istifadə edilməyə başlanılıb. Bəzi təhlilçilərə görə, bütün həştəqləri analiz edərək səhmlərin qiymətini altı gün əvvəlcədən təxmin etmək mümkündür.
Həştəq demoqrafik vəziyyətə çatmaq üçün hansısa hadisə haqqında tvit toplayaraq və ya prosesin həssaslığını artıraraq xüsusi bir mövzunu müzakirə etmək üçün əlverişlidir. Tvitter hazırda elə bir keçid yaradır ki, hər kim həştəqi əlavə edib (# səbəb, de) klikləsə, bu simvola uyğun son tvitləri görəcək.
Həştəq vasitəsilə, həm beynəlxalq təşkilatların, həm də aparıcı dövlətlərin mövcud problemə diqqətini çəkmək bir çox hallarda uğurlu olur. Ötən gün Tvitterin Azərbaycandan olan istifadəçilərinin yaratdığı #DontBelieveArmenia həştəqi ən çox istifadə olunan həştəq kimi trendə düşdü.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!