İlon Mask Süni İntellektin təhlükəsizliyinə şübhə edir | Banco.az

İlon Mask Süni İntellektin təhlükəsizliyinə şübhə edir

“Tesla” şirkətinin icraçı direktoru İlon Mask beş il əvvəl həmtəsisçisi olduğu “OpenAI” Sİ startapını tənqid edib.

Qeyd edək ki, şirkət dünyanın ən böyük süni intellekt inkişaf mərkəzlərindən biridir. O, şirkətin şəffaflığını bəyənmədiyini və texnologiyanın təhlükəsizliyinə çox güvənmədiyini bildirir.

Elon Mask “MIT Technology Review”-nun jurnalisti Karen Haonun “OpenAI”ni tənqid etdiyi məqaləylə razılaşaraq “Twitter” hesabında yazıb ki, “OpenAI” üzərində nəzarətə sahib deyil və onların nə ilə məşğul olduğuna dair geniş təsəvvürü yoxdur. Üstəlik, Dario Amodeinin rəhbərliyi altında gördükləri işin təhlükəsizliyinə çox da inanmır və hesab edir ki, şirkətin işində açıqlıq çatışmır.

Adıçəkilən startap 2015-ci ildə Elon Mask, Piter Til və başqa biznesmenlər tərəfindən təsis edilib.

Ən sərfəli kredit üçün müraciət et

“OpenAI”-nin məqsədlərindən biri “ümumi təyinatlı” süni intellekt (AGI) yaratmaqdır. Nəzərdə tutulan Sİ istənilən bilik və vərdişlərə insan qədər tez, hətta daha sürətlə yiyələnməlidir. Mask idarə heyətini maraqların toqquşması səbəbi ilə 2017-ci ildə tərk edib.

“OpenAI”-in son “məhsulları” arasında botları öyrənməyə xidmət edən “Neural MMO” oyun platforması, peşəkar “Dota2” oyunçularına qalib gəlmək üçün “OpenAI Five” proqramı və dörd dəqiqəlik musiqi bəstələrinin generatoru “MuseNet” var. Şirkət tərəfindən yaradılmış bot peşəkar ”Dota2” oyunçusu Danila İşutini (Dendi) məğlub edə bilib.

Həmçinin oxu: Süni intellekt insanları işindən məhrum edəcəkmi?

Nigar Umaxanlı, Banco.az