İctimai yerlərdə Wi-Fi istifadəsi niyə təhlükəlidir? – ARAŞDIRMA | Banco.az

İctimai yerlərdə Wi-Fi istifadəsi niyə təhlükəlidir? – ARAŞDIRMA

Ticarət mərkəzlərində, kafelərdə və digər ictimai yerlərdə pulsuz Wi-Fi nöqtələrindən istifadə etməyə öyrəşmişik və həyatımızı onsuz təsəvvür edə bilmirik. Ancaq heç birimiz bunun təhlükəli olacağını və bu zaman fırıldaqçıların smartfonumuzdan istifadə edərək bütün şəxsi məlumatları ələ keçirə biləcəklərini düşünmürük.

Bu, xüsusi kart və ya anten vasitəsilə notbukdan istifadə edərək fırıldaqçı tərəfindən yaradılan açıq Wi-Fi nöqtəsinə qoşulduqda işləməyə başlayır və bununla da, smartfon məlumatlarımıza daxil olunur: sosial şəbəkələrdəki hesablar, onlayn bank məlumatları, yazışmalar və s. Bu vasitə ilə ötürdüyümüz bütün məlumatları onlar ələ keçirməyə qabildirlər.

Məlumatlarımızın etibarlı qalmasını necə təmin edə bilərik?

  • Tanımadığımız ictimai şəbəkələrdən yayınmağa çalışmalı və ümumiyyətlə ictimai Wi-Fi-dan istifadə etməmək;
  • Bu mümkün deyilsə, etibarlı “https” (lakin http yox) bağlantısı protokolu olan saytlardan istifadə etməli;
  • Avtomatik Wi-Fi bağlantısı söndürülməli;
  • Smartfonumuza antivirus yükləməli (onun köməyilə simsiz şəbəkədəki şübhəli fəaliyyət barədə bildirişlər alınacaq);
  • VPN tətbiqini quraşdırmalı (Belə bir əlaqə dəqiq yeri və cihazı şifrələyəcək)
  • Onlayn alış-veriş üçün virtual ödəmə kartından istifadə etməli (Belə bir kartın üstünlüyü odur ki, bu karta alış-veriş üçün planlaşdırılan məbləğ köçürülür və pul ödənildikdən sonra hesab boş olur. Beləcə fırıldaqçılar əsas hesaba daxil ola bilmirlər).

Olduqca sadə məsləhətlərdi, lakin təsirlidirlər. Cihazlarımızın və sosial şəbəkələrimizin təhlükəsizliyinə laqeyd yanaşmayaq, çünki istifadəçinin smartfonundan parol almaq kifayətdir ki, şəxsi həyatına aid bir çox məlumat əldə edilsin və əlbəttə ki, bu məlumatların bizə qarşı zərərli məqsədlərlə istifadəsi də mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az