“Hyundai” və “LG” İndoneziyada ilk akkumulyator zavodunu açıb | Banco.az

“Hyundai” və “LG” İndoneziyada ilk akkumulyator zavodunu açıb

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın “Hyundai Motor” və “LG Energy Solutions” kompaniyaları İndoneziyada 1,1 milyard dollarlıq ilk elektromobil akkumulyatoru zavodunu açıblar.

Banco.az xəbər verir ki, zavod ildə ümumi gücü saatda 10 GVt-a çatan akkumulyatorlar istehsal edəcək. 

Cənubi Koreya kompaniyaları, həmçinin ildə ümumi gücü 20 GVt/saat olan akkumulyatorlar istehsal edəcək ikinci xəttinin tikintisinə 2 milyard dollar sərmayə qoyacaq. Ümumilikdə isə “Hyundai” və “LG Energy” İndoneziyada elektromobil istehsalı üçün infrastrukturun inkişafına 9,8 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, “Hyundai” kompaniyasının İndoneziyada ildə 250 min ədəd istehsal gücünə malik elektromobil zavodu fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et