Hindistanda inflyasiya son 9 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Hindistanda inflyasiya son 9 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Sentyabrda Hindistanda istehlak qiymətlərinin artım tempi bu ilin əvvəlindən maksimuma yüksəlib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Hindistanın Statistika Nazirliyinin məlumatına görə, ötən ay ölkədə inflyasiya avqustdakı 3,65% ilə müqayisədə, illik ifadədə 5,49% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə istehlak qiymətlərinin artım tempi Hindistan Ehtiyat Bankının (RBI) 4%-lik hədəfini növbəti dəfə üstələyib. Üçüncü rübün ilk iki ayında onlar bu göstəricidən aşağı olub.

Sentyabrda ərzaq qiymətlərində artım avqustdakı 5,66%-dən 9,24%-ə qədər sürətlənib, xüsusilə tərəvəz qiymətləri 35,99% bahalaşıb. Kommunal xidmətlərin qiymətləri isə 2,78% (avqustda 2,66%) artıb.

Qeyd edək ki, ötən ay Hindistanda aylıq inflyasiya 0,6% təşkil edib.Avqustda isə sıfıra bərabər olub.

Ən sərfəli krediti almaq üçün müraciət et