Avropada kərə yağının qiyməti rekord həddə çatıb | Banco.az

Avropada kərə yağının qiyməti rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropada kərə yağı rekord qiymətə qalxıb ki, bu da Milad bayramına hazırlaşan və artıq şokolad və şəkərin yüksək xərcləri ilə üz-üzə qalan çörəkçilər və şirniyyatçılar üçün pis xəbərdir.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Analitiklər bunu yağa tələbatın yüksək olması və tədarükün məhdudluğu ilə əlaqələndiriblər. Bundan əlavə, süd emalçılarının pendir kimi daha gəlirli məhsullar istehsal etmək üçün daha çox süddən istifadə etmək istəyi də öz rolunu oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, sentyabrın 29-na Avropa yağı dünya bazarlarında bir ton üçün rekord qiymətə - 8706 dollara satılıb. Bu, ötən illə müqayisədə 83 faiz çoxdur.

Fransa Çörəkçilər və Şirniyyatçılar Federasiyasının (FEB) direktoru Paul Buaven bildirib ki, böyük qida şirkətləri Milad tortları və dondurma istehsalına başlamazdan əvvəl yağ ehtiyatlarının çoxunu doldururlar. Lakin kiçik istehsalçılar üçün nəticələr əhəmiyyətli olacaq, çünki qiymət artımı qaçılmazdır.