Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 44,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (14 may) müqayisədə 62,2 milyon dollar və ya 2,4 dəfə azdır.
Qeyd edək ki, mayda keçirilən hərraclarda ümumi tələb 300,6 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!