Hər onuncu şirkət əməkdaşlarını bu səbəbdən işdən çıxarıb | Banco.az

Hər onuncu şirkət əməkdaşlarını bu səbəbdən işdən çıxarıb

Son 9 ildə sosial şəbəkələr və bloqlardakı paylaşımlara görə işdən çıxarılmalar 2 dəfə artım göstərib. Əgər 2011-ci ildə belə halların sayı 5% idisə, 2020-ci ildə isə hər onuncu şirkət işçilərini sosial şəbəkələrdəki paylaşımlarına görə problem ilə üzləşib və bu da işin dayandırılması ilə nəticələnib.

Bu haqda SuperJob-un araşdırmasında məlumat verilib.

Həm çalışanlar, həm də işverənlər əməkdaşların sosial şəbəkələrdəki fəaliyyətini izləməyə başlayıblar. Məsələn, namizədlərin hesablarına baxmayan şirkətlərin payı 58%-dən 44%-ə düşüb. Əvvəllər çalışanların 37%-i işverənlərin onların sosial media səhifələrini izləyəcəkləri ehtimalını düşünürdü. Ancaq hazırda belə ehtimal edənlərin payı 46%-ə yüksəlib.

Araşdırmaya görə, qadınlar kişilər ilə müqayisədə daha ehtiyatlıdırlar. İstər post paylaşmaqda, layk etməkdə və şərh etməkdə... 50%-ə (qadınlar) qarşı 42%-dir. (kişilər)

Sorğu ölkənin müxtəlif bölgələrində yaşayan 1,6 min Rusiyalı arasında, ümumilikdə 1000-ə yaxın şirkət arasında aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram