Hava Yolu şirkətləri və otellərdən işgüzar səfərləri artırmaq üçün yeni üsullar | Banco.az

Hava Yolu şirkətləri və otellərdən işgüzar səfərləri artırmaq üçün yeni üsullar

Tamara Mustafayeva, Banco.az

Pandemiya dövründəki durğunluğun ardınca qlobal havaçılıq sənayesinin yenidən fəaliyyətə başlaması ilə birlikdə hava yolu şirkətləri və otel şəbəkələri ən dəyərli müştəriləri hesab edilən işgüzar turistləri təşviq etmək üçün yaradıcı üsullara müraciət edir.

Bu il gəlirləri 85% azalan ABŞ-ın üçüncü ən böyük hava yolu şirkəti "United Airlines" uçuşları və ofis mühitini bir paket halında təqdim etmək üçün tədbir təşkilatçılığı ilə məşğul olan "Peerspace" şirkəti ilə əməkdaşlığa hazırlaşır. Hava yolu şirkəti işləri uzun məsafəli səyahətlər tələb edən peşəkarları hədəfə alır. Qiyməti 5000 dollardan başlayan paketlərə gediş-dönüş səfəri və müvəqqəti iş yeri və ya kiçik iclaslar üçün "unikal əməkdaşlıq" mühiti daxildir.

Dünyanın qabaqcıl işgüzar səyahətlər və görüşlər təşkilatı olan Global Business Travel Association şirkətinə görə, 2019-cu ildə işgüzar səfər edənlər və onların işverənləri qlobal iqtisadiyyata 1,5 trilyon dollar qazanc veriblər. İşgüzar səfərdə olanların 60%-dən çoxu dəbdəbəli otellərdə qalır və bir il ərzində işgüzar məqsədli səfərlər edənlər hər hansı bir hava yolu şirkətinin qazancının 75%-ni təşkil edir.

İşgüzar turistlərlə əlaqə şirkətlər təkcə hava yolu şirkətləri deyil. Otel sənayesi atalitiki STR-ə görə, otellərdə 10 nəfərdən artıq qruplar hesabına yaranan sıxlıq nisbəti ötən ilə nəzərən 80%-dən çox geriləməklə 4,7% olub. Tanınmış otel şəbəkəsi Marriott otellərinin işgüzar turistləri də 79% azalıb. Oxşar vəziyyətlə üzləşən Hilton ABŞ və Birləşmiş Krallıqda gündəlik ödəniş müqabilində bir otaq, masa və Wi-Fi xidməti təklif edən "WorkSpaces by Hilton" adlı bir proqram elan edib. Marriott-un da yaxın günlərdə oxşar layihə başladacağı gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Sentyabr ayının sonlarında "CitizenM" otel markası "Otel sənayesinin Netflix-i" olmağı hədəfləyərək işgüzar səfərdə olanlar üçün abunəlik sistemi yaradıb. Aylıq 600 dollar müqabilində qonaqlara "CitizenM" otelinin kovörkinq sahələrinə, iclas otaqlarına və xidmətlərinə çıxış imkanı verilir və üç gecə qonaqlama təklif edilir. 

Həmçinin oxu: Səyahət imkanı yaradan 9 peşə sahəsi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram