Tamara Mustafayeva, Banco.az
Amerikanın Hava Yolu nəhəngi American Airlines şirkəti sosial məsafə qaydasını ləğv edərək təyyarələrindəki bütün oturacaqlara bilet satışı həyata keçirəcəyini açıqlayıb.
Pilotlar İttifaqı isə məsələ ilə bağlı reaksiya verərək, "Ümid edirik ki, şirkət bu qərarını yenidən nəzərdən keçirər və daha çox bilet satışı əvəzinə daha çox aviareys prinsipini üstün tutar.", deyə bildirib.
ABŞ-da koronavirusa yoluxan insan sayının hər ötən gün daha da artdığı bir şəraitdə təbii ki, şirkətin bu qərarı kəskin reaksiyalara səbəb olub.
Şirkətdən edilən açıqlamaya görə, uçuşdan əvvəl təyyarələrdə dezinfeksiya işləri çox ehtiyatla həyata keçiriləcək.
Xatırladaq ki, şirkət aprel ayında virus riski səbəbilə orta oturacaqlara bilet satışı həyata keçirməyəcəyini açıqlamışdı.
Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?
Bizi sosial şəbəkələrdən izləyin!!