Tamara Mustafayeva, Banco.az
Litvaya məxsus hava yolu şirkətlərindən biri qeyri-adi yarışma keçirib. Belə ki, 45 saat ərzində təyyarə oturacağında oturmağa müvəffəq olan iştirakçılara Paris şəhərinə bir istiqamətli aviabilet hədiyyə edilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Litvanın paytaxtı Vilnüs şəhərində fəaliyyət göstərən Vilnüs Beynəlxalq hava limanı qeyri-adi yarışa ev sahibliyi edib. Belə ki, özəl hava yolu şirkətlərindən biri tərəfindən təşkil edilən sözügedən yarışda 12 nəfər iştirakçı açıq havada təyyarə oturacaqlarına bənzər oturacaqlarda 45 saat ərzində əyləşməli olub. Yarışmanın şərtlərinə görə, iştirakçılar hər iki saatdan bir oturacaqdan qalxıb qidalanma və digər təməl ehtiyaclarını qarşılaya bilərdilər. 48 saat ərzində isə mobil telefonlardan istifadə, kitab oxumaq və ya söhbət etməyə isə icazə verilmişdi.
Yarışmanın sonunda 12 iştirakçıdan 4-ü Paris biletini əldə etməyə müvəffəq olub. Birinci yerin qalibi isə özü ilə birlikdə bir nəfəri də Parisə aparmağa şans qazanıb.
Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?
Bizi sosial şəbəkələrdən izləyin!!