Dünyanın müxtəlif ölkələrində tutulan vergilərin növləri və dərəcələri fərqlidir. Bəzi ölkələrdə gəlir vergisinin dərəcəsi yüksək olsa da, bir sıra ölkələrdə bu vergi tutulmur. Adları "qara siyahı"lara daxil edilən bu cür ölkələr, əslində, müasir dünyada iqtisadi tarazlığın qorunması baxımından ciddi problemlər yaradırlar.
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) adambaşına ən yüksək gəlir düşən ölkələrdən biri olmasına baxmayaraq, vətəndaşlar vergi ödəmirlər. BƏƏ-də nə gəlir vergisi, nə də ƏDV var. Eləcə də şirkətlər də mənfəət vergisi ödəmir. Lakin, sözügedən ölkədə alkoqollu içkilərə görə 50 faizlik vergi mövcuddur.
Qətər dünyada maye və təbii qaz infrastrukturunun qurulmasına və ixracına böyük vəsaitlər xərcləyən ən varlı ölkələrdən biri sayılır. Bu ölkədə gəlir vergisi, eləcə də mənfəətlə bağlı digər vergilər yoxdur. Qətər sakinləri yalnız sosial sığorta ödənişləri və idxal mallarına görə 5 faizlik dolayısı vergi ödəyirlər.
Oman sultanlığı da Yaxın Şərqin digər ölkələri kimi əsasən neft satışı hesabına gəlir əldə edir. Oman sakinləri nə gəlir vergisi, nə də mənfəətdən tutulan vergini ödəyirlər, yalnız öz əmək haqlarından 6,5 faiz tarifi ilə aylıq sosial sığorta ödənişləri edirlər. Omanda təkcə daşınmaz əmlak alğı-satqısı zamanı vergi tutulur.
Küveyt dünyada neft ixracına görə 6-cı yerdə qərarlaşıb, bu ölkənin büdcəsini 95 faizi neft satışından əldə olunan gəlirlər təşkil edir. Küveyt adambaşına düşən gəlirlərə görə dünyada ən yüksək göstəriciyə malik olan ölkələrdən biridir. Küveyt sakinləri heç bir vergi ödəmirlər, bu ölkədə yalnız sosial sığorta ödənişləri tutulur.
Kayman adaları əsl "vergi cənnəti" sayılır. Burada, ümumiyyətlə, hər hansı bir vergi növü – nə gəlir vergisi, nə mənfəətdən tutulan vergi, nə ƏDV, nə də məcburi sığorta ödənişləri var. Yeganə vergi növü – idxal mallarına yönəldilən və 25 faiz tarifə qədər çata bilən dolayısı vergi mövcuddur.
Bəhreyndə də gəlir vergisi və mənfəətdən heç bir vergi tutulmur. Bu ölkənin büdcəsi "Abu-Safa" neft yatağından əldə olunan neftin hesabına doldurulur. Bəhreyn sakinləri yalnız məcburi sosial sığorta ödənişləri edirlər və daşınmaz əmlaka görə vergi ödəyirlər. Əcnəbilər isə Fars körfəzində əmlak icarəsinə görə də vergi ödəməli olurlar.
Bermud adaları Böyük Britaniyanın ərazisi hesab olunur. Bura dünyanın ən varlı ölkələrindən biri hesab olunur. Vergi sisteminin cazibədarlığı adaya bir çox beynəlxalq şirkətləri cəlb edir, hansı ki, bura onlar üçün əsl "vergi cənnəti" sayılır. Rəqəmlər özləri özlüyündə hər şeyi deyir. Belə ki, ölkə vətəndaşlarının iyirmi faizini onun hüdudlarından kənarda doğulanlar təşkil edir. Baxmayaraq ki, adada heç bir gəlir vergisi və mənfəətdən tutulan vergi növü mövcud deyil, sakinləri sosial sığorta ödənişləri və ya əməkhaqqı fonduna köçürmələr etməyə məcbur edilə bilərlər. Bundan əlavə, Bermud adaları sakinləri daşınmaz əmlaka və mirasa görə də vergi ödəyirlər.
Baham adalarında iqtisadiyyat başlıca olaraq turizmdən asılıdır, burada da gəlir və mənfəət vergisi yoxdur. İşçilər yalnız sosial sığorta ilə bağlı müxtəlif ödənişlər edirlər. Ölkə büdcəsinin demək olar ki, 70 faizi idxala görə tətbiq edilən gömrük rüsumlarından formalaşır. Sakinlər yalnız daşınmaz əmlaka görə vergi ödəyirlər.
Monako knyazlığında vergilər hələ XIX əsrdə ləğv edilib. Yalnız Fransa vətəndaşları istisna təşkil edirlər. Onlar 1957-ci ildən başlayaraq gəlir vergisi ödəyirlər. Bu ölkədə kapital artımına və daşınmaz əmlaka görə də vergilər yoxdur.
Avropada cırtdan ölkələrdən biridir, vergi sistemində gəlir vergisi və ƏDV ümumiyyətlə, yoxdur. Ölkə ÜDM-nin 80 faizi turizmdən daxil olan gəlirlərdən formalaşır. Hər il bu ölkəni 9 milyon turist ziyarət edir.
Vergiler.az
Bizi sosial şəbəkələrdən izləyin!!