Virusdan qorunmaq üçün nə qədər evdə qalmağa çalışsaq da, zəruri ehtiyacdan dolayı marketlərə getmək məcburiyyətində qalırıq. Marketdə insanların sıxlığı virusun yayılması üçün zəmin yarada bilər. Bu isə daha çox insanları sağlamlıq təhlükəsi qarşısında qoyur. Bu vəziyyətdən çıxış yolu olaraq bəzi marketlər müştərilər üçün çatdırılma xidməti təklif edir. Bunun üçün ərzaq məhsullarını almaq istədiyiniz marketin saytından onlayn sifariş bölməsinə daxil olaraq və ya yaxınlıqda yerləşən mağazanın əlaqə nömrəsinə zəng etməklə istədiyiniz malları bildirirsiniz. Bu xidmətin qiyməti isə ünvandan asılı olaraq dəyişir. Bundan başqa Bravo supermarket (yalnız- nuush.az) və Rahat (hungry.az) marketlər şəbəkələri çatdırma şirkətləri ilə də əməkdaşlıq edir. Belə ki, siz həkim şirkətlərin sayt və ya mobil tətbiqinə daxil olaraq istədiyiniz məhsulları seçərək sifariş verirsiniz. Bu marketlərlə Banco.az tərəfindən hazırlanmış siyahıdan tanış ola bilərsiniz.
Araz marketlərdə isə çatdırılma xidməti olmasa da, insanların növbədə gözləməmələri üçün əvvəlcədən istədiyiniz məhsulları yığaraq hazır şəkildə qoyur. Sizin öhdənizə isə sadəcə marketə yaxınlaşıb ödəniş edərək məhsullarınızı götürmək qalır.
Əlavə də qeyd edək ki, 166 yük daşıma, Flash Logistics kimi şirkətlər də marketdən çatdırılma xidməti göstərir.
Araşdırma Tərlan Qəhrəmanova,
İnfoqraik Tahir Əsgərli, Banco.az