Virusla bağlı karantin rejiminin hələ də davam etməsi şirkətləri onlayn xidmət göstərməyə sövq edir. Digər tərəfdən isə insanların marağını elektron ticarətə yönəldir. Yaranmış bu vəziyyət bir tərəfdən iqtisadi və sosial mühitdə durğunluq yaratsa da, digər aspektdən həm biznesdə, həm də cəmiyyətdə yeni bir mədəniyyət formalaşdırır. Şirkətlər artıq yalnız satış etməklə kifayətlənmirlər, müştərilər üçün satışdan sonra xidmət də göstərirlər. Necə ki, artıq apteklər, marketlər və s. kimi hər gün üz tutduğumuz yerlər belə bu xidmətdən istifadə edirlər. Eyni zamanda elektronika mağazaları da bundan geridə qalmır.
İş yerlərinin fəaliyyətinin müvəqqəti dayanması, insanların evdən çölə çıxmaqda məhdudiyyətlərin olmasını nəzərə alan elektronika mağazaları bu müddət ərzində ödənilmə kreditləri əhaliyə güzəştə getdi. Bundan əlavə onlar bu cür mallara olan tələbatı qarşılamaq üçün onlayn sifariş və çatdırılma xidmətlərini diqqətə çatdırırlar.
İstədiyiniz malı onlayn sifariş verməklə həm kütlə içərisində virusun yayılmasının qarşısını almaqla yanaşı vaxtınıza da qənaət etmiş olarsınız.
Bəs hansı mağazalardan bu növ tələbatlarımızı qarşılaya bilərik? Siyahı ilə Banco.az-ın hazırladığı cədvəldən tanış ola bilərsiniz.
Həmçinin oxu: Hansı apteklər çatdırılma xidməti təklif edir?
Həmçinin oxu: Çatdırılma xidməti olan restoranlar və şirkətlər hansılardır?
Həmçinin oxu:Hansı marketlərin çatdırılma xidməti var?
Elektronika mağazaları | Əlaqə nömrəsi |
Baku Electronics | 143 |
Bestel | 012-498-18-98 |
Hatikoshop | 055-652-17-39 |
İrşad Electronics | *0171 |
Kontakt Home | *6060 |
Magnit | 055/77-226-91-96 |
Maxi | *0900 |
Megamart | 055/51-944-47-08 |
Music Gallery | *1313 |
Optimal | 012-954 |
Smarton | 050-546-01-01 |
Soliton | 180 |
Technostore | 012-530-46-46 |
Wentto Electronics | 012-965 |
World Telecom | *2555 |
West Telecom | 051-337-18-18 |
Araşdırma Tərlan Qəhrəmanova,
İnfoqrafik Tahir Əsgərli, Banco.az