Hansı bürcün nümayəndələri milyarder ola bilər? | Banco.az

Hansı bürcün nümayəndələri milyarder ola bilər?

Karyera düşkünü Oğlaq, ehtiraslı Əqrəb, sadiq Şir və ya həssas Balıqlar olmağınızdan asılı olmayaraq hər bürc fərqli xarakterik xüsusiyyətlərə malikdir. Ancaq bir bürc öz sahibinin milyarder olma ehtimalını artırır.

Yeni bir araşdırma “Forbes” jurnalının sonuncu milyarderlər siyahısındakı 250 ən varlı milyarderin hər birinin doğum tarixini təhlil edib. Araşdırma həmin insanların arasında hansı bürcün daşıyıcılarının çoxluq təşkil etdiyini üzə çıxardıb. Məlum olub ki, zəngin insanlar arasında Tərəzi ən geniş yayılmış bürcdür.

Image result for libra

Həmçinin oxu: Bürcünüz peşəkar karyeranıza necə təsir göstərir?

Bürclərə inanırsınızsa və Tərəzisinizsə, bilin ki, milyarder olmağa daha çox meyllisiniz. Tərəzi bürcünün nümayəndələrinin məqsədlərinə çatmaqda son dərəcə həvəsli və məsuliyyətli olmasını nəzərə alsaq, birincilikləri heç də təəccüb doğurmur.

Ralf Loren (Ralph Lauren), Stefan Persson, Lilian Bettankur (Liliane Bettancourt), Elis Uolton (Alice Walton) kimi 27 ən varlı insanı Tərəzi bürcü birləşdirir. Tərəzinin ardınca Bernar Arno (Bernard Arnault), Rupert Merdok (Rupert Murdoch) və Maykl Dell (Michael Dell) də daxil olmaqla 22 milyarder ilə Balıqlar gəlir.

Xərçəng, Buğa, Şir – bunlar reytinqdə üçüncü yeri bölüşən 20 milyarderin bürcləridir. Ən məşhurları arasında Riçard Brenson (Xərçəng), İlon Mask (Xərçəng), Mark Zükerberq (Buğa), Devid Kox (Buğa), Larri Ellison (Şir) və Sergey Brin (Şir) var.

Əkizlər və Qoçlar arasında Cim Uolton (Əkizlər), Stiv Ballmer (Qoç) və Mukeş Ambani (Qoç) də daxil olmaqla hər birində 15 milyarder var.

Dolça və Qız müvafiq olaraq 12 və 11 milyarderlə ən zəngin bürclər siyahısını davam etdirir. Maykl Blumberq (Dolça), Pol Allen (Dolça), Uorren Baffet (Qız) və Cek Ma (Qız) ən məşhurlarıdır.

Bəs Siz öz bürcünüzün neçənci pillədə qərarlaşdığını bilmək istəyirsiniz?

1. Tərəzi (23 sentyabr - 22 oktyabr)

Milyarderlərin sayı: 27

Məşhur milyarder Tərəzilər: Ralf Loren (Ralph Lauren), Stefan Persson, Lilian Betankur (Liliane Betancourt), Elis Uolton (Alice Walton).

2. Balıqlar (19 fevral-20 mart)

Milyarderlərin sayı: 22

Məşhur milyarder Balıqlar: Bernar Arno (Bernard Arnault), Rupert Merdok (Rupert Murdoch), Maykl Dell (Michael Dell).

3. Xərçəng (21 iyun-22 iyul)    

Milyarderlərin sayı: 20

Məşhur milyarder Xərçənglər: “Virgin Group” rəhbəri Riçard Brenson (Sir Richard Branson),  İlon Mask (Elon Musk), “Heineken” rəhbəri Şarlin de Karvalyu (Charlene de Carvalho).

Ən sərfəli kredit üçün müraciət et

4. Buğa (20 aprel-20 may)

Milyarderlərin sayı: 20

Məşhur Buğa milyarder: Mark Zükerberq (Marc Zuckerberg).

5. Şir (23 iyul-22 avqust)

Milyarderlərin sayı: 20

Məşhur nümayəndələri: Larri Ellison, Sergey Brin, Sheldon Adelson.

6. Əqrəb (23 oktyabr-21 noyabr)

Milyarderlərin sayı: 16

Məşhur Əqrəb milyarderlər: Stiv Cobsun dul xanımı Loren Pauell Cobs (Lauren Powell Jobs), Van Çianlin (Wang Jianlin),  Bill Qeyts (Bill Gates).

7. Əkizlər (21 may-20 iyun)

Milyarderlərin sayı: 15

Məşhur milyarder Əkizlər: Ser Len Blavatnik, David Tomson (Thomson Reuters), Cim Uolton.

8. Qoç (21 mart-19 aprel)

Milyarderlərin sayı: 15

Məşhur Qoç Milyarderlər: Stiv Balmer (Steve Ballmer), Mukeş Ambani, Amansio Orteqa (Amancio Ortega), Larri Peyc (Larry Page).

9. Dolça (20 yanvar-18 fevral)

Milyarderlərin sayı: 12

Məşhur Dolça Milyarderlər: Maykl Blumberq (Michael Bloomberg), Pol Allen (Paul Allen), Karlos Slim Helu (Carlos Slim Helu).

10. Qız (23 avqust-22 sentyabr)

Milyarderlərin sayı: 11

Məşhur Qız milyarderlər: Uorren Baffet (Warren Buffett), Cek Ma, Paulo Lehmann.

11. Oxatan (22 noyabr-21 dekabr)

Milyarderlərin sayı: 8

Məşhur Oxatan milyarderlər: Saymon Ruben (Simon Ruben), David Ruben və Abiqeyl Conson (Abigail Johnson).

12. Oğlaq (22 dekabr-19 yanvar)

Milyarderlərin sayı: 8

Məşhur Oğlaq milyarderlər: Vladimir Potanin, Cozef Safra və Ceff Bezos (Jeff Bezos).

Həmçinin oxu:  Tədqiqatçılar milyarderlərin 3 əsas xüsusiyyətini açıqladı

Nigar Umaxanlı, Banco.az