“Gulfstream” ən bahalı biznes jetini təqdim etdi  | Banco.az

“Gulfstream” ən bahalı biznes jetini təqdim etdi 

Forbes jurnalının məlumatına görə Amerika şirkəti olan Gulfstream təyyarə korporasiyası ən geniş, rahat kabinəyə malik və ən bahalı G700 biznes jetini təqdim edib. Təyyarə müştərilərə 75 milyon dollara başa gələcək. 

Əvvəllər biznes jetlərin arasında lider dəyəri 73 milyon dollar olan Gulfstream G650 idi. 2019-cu ildə isə birinci yeri Bombardier Global 7500 tutdu. Ancaq G700 bir çox xarakteristikasına görə Bombardier Global 7500 təyyarəsindən üstündür. 

Həmçinin oxu: Tarixdə ilk dəfə olaraq ən uzun birbaşa uçuş sınaqdan keçirildi

G700 ölçülərinə görə Gulfstream G650-dən böyükdür. Qeyd edək ki, bu, modelin sürətinə təsir etmir. Yeni Rolls Royce Pearl 700 mühərrikləri sayəsində təyyarənin sürəti rekord həddə çataraq 1133 km/saat olacaq (başqa sözlə, 0,925 max). G700 öz sələfindən 3 metr uzundur və Bombardier Global 7500-dən 0,3 metr qısadır, yəni 33,5 metrdir. Amma yeni modelin salonu 0,6 metr uzundur (17,3 metr), daha hündür (1,9 metr) və daha genişdir (2,5 metr). 

Ən sərfəli kredit üçün müraciət et

Yeni biznes jetdə spa duş kabinəsi olan yataq otağı və beş yaşayış sahəsi mövcuddur. Yemək otağı altı nəfər üçün nəzərdə tutulub.  Bundan əlavə, “Gulfstream” prezidenti Mark Bernsın dediyinə  görə, G700 sənayenin ən aşağı “kabin hündürlüyü” göstəricisinə sahib olacaq.  

Həmçinin oxu: Birinci kursdan qovulan tələbə “Uber”in rəqibini yaratdı 

Qeyd edək ki, adıçəkilən göstərici uçuş təzyiqindəki fərqlə əlaqədar narahatlıq doğurur. Təyyarələrin satışı isə 2022-ci ildə həyata keçiriləcək. Qatar Airways artıq Qatar Executive çarter xidməti üçün 10 belə təyyarə sifariş edib. Forbes yazır ki, Flexjet də bu təyyarələrdən almaq niyyətindədir, amma sifarişin təfərrüatları açıqlanmır.  

Nigar Umaxanlı, Finco.az