Gözlənilməz bahalaşma | Banco.az

Gözlənilməz bahalaşma

Dünya bazarında Light və Brent markalı neftin qiymətlərində bu gün səhərdən sıçrayış qeydə alınıb. Belə ki, bir barel neft 3,22 dollar bahalaşaraq 49,8 dollara satılıb. Bu, 2013-cü ilin avqustundan bəri ən böyük birdəfəlik bahalaşmadır. 

Qiymətin yüksəlişi ABŞ-dakı neft ehtiyyatlarının həcmi haqqında həftəlik məlumatların açıqlanmasından sonraya təsadüf edir. ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EİA) hesabatına əsasən, ötən həftə ölkədə 5,4 milyon barel neft və yanacaq hasil olunub ki, bu da gözləniləndən təxminən 10 dəfə çoxdur.

Ekspertlər deyirlər ki, neft qiymətlərində dönüşün yaranmasından danışmaq hələ tezdir, çünki qiyməti yenidən əsaslı şəkildə qaldıra biləcək addım, neft hasillatının azaldılması baş verməyib.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com