Google Xəritədə görmə məhdudiyyəti olanlar üçün yenilik | Banco.az

Google Xəritədə görmə məhdudiyyəti olanlar üçün yenilik

Google Xəritə proqramında artıq daha da əhatəli olan səsli yönləndirmə özəlliyini təqdim edir və bu, görmə məhdudiyyəti olan insanlara kömək edəcək.

Dünyada təxminən 36 milyondan çox görmə məhdudiyyətli, 217 milyondan çox isə görməsi maksimum dərəcədə zəif olan insanların olduğunu düşünərək Google Map sistemində yenilik edib.

Google Xəritədə insanlara bir yerdən başqa yerə rahat getmələri üçün yeni özəllik təqdim edilir. Həmçinin bu, görməsi zəif olan insanlar tərəfindən tərtib edilən ilk layihədir.

Bu yenilik sayəsində istifadəçi əgər getmək istədiyi yer üçün təyin olunan yoldan kənara çıxarsa, anında verilən xəbərdarlıq siqnalı ilə Google Xəritənin təyin etdiyi yola geri dönə bilir. Döngə və işıqforlara qədər olan məsafəni bildirməsi isə səyahəti daha da rahat edir.

Bu kimi yeniliklər istifadəçinin (görmə məhdudiyyəti olan) yalnız A nöqtəsindən B nöqtəsinə getməsi üçün deyil, gediləcək yolu daha təhlükəsiz etmək üçün planlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən özəllik Android və iOS əməliyyat sistemli cihazlarda avtomatik olaraq aktiv edilir. Hal-hazırda ABŞ-da ingilis, Yaponiyada yapon dili daxil olmaqla digər dilləri də dəstəkləyir. Yaxın zamanda digər ölkələrdə də istifadəyə verilməsi planlanan bu özəllik hər ölkənin müvafiq dilinə uyğun olacaq.

Xəritənin ətraflı səsli rəhbərini aktiv etmək üçün Google Xəritədə parametrlər bölməsinə keçid edib naviqasiyanı seçilməlidir. Daha sonra siyahının alt hissəsində "Gediş seçimləri" başlığından "Ətraflı səs rəhbərliyi"-ni aktivləşdirmək lazımdır.

Haqqında danışılan yeniliklə bağlı Yaponiyada bir videoçarx çəkilib. Linkə keçid edərək həmin videonu izləyə bilərsiniz: Google Xəritədə "Ətraflı səs rəhbəri"

Marja