Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google”un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.
Banco.az xəbər verir ki, bu barədə mövzu ilə tanış mənbələrə istinadən “The New York Times” nəşri xəbər yayıb.
Xəbərdə qeyd edilir ki, jurnalistlərə kömək etmək üçün hazırlanmış süni intellekt texnologiyası ABŞ-ın aparıcı nəşriyyatları olan “The New York Times”, “The Washington Post” və “The Wall Street Journal”ın sahibi “News Corp” şirkətinin rəhbərlərinə təqdim edilib.
Bildirilir ki, “Google”un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan və cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.
“Google” jurnalistlərə "şəxsi köməkçi" kimi xidmət göstərmək məqsədilə hazırladığı bu texnologiyanın daha vacib xəbərlər üçün onların vaxtına qənaət edəcəyini düşünür.
Bizi sosial şəbəkələrdən izləyin!!