"Google" şirkətinin qurucuları Sergey Brin və Larri Peyc "Alphabet" şirkətindəki vəzifələrindən istefa veriblər.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.
Sergey Brin şirkətin İdarə Heyətinin sədri, Larri Peyc isə baş menecer vəzifəsini yerinə yetirirdi.
Vurğulanıb ki, İdarə Heyətinin sədri vəzifəsinə təyinat olmayacaq.
"Google"un idarəçilərindən Sander Piçay paralel olaraq "Alphabet"in rəhbəri vəzifəsini icra edəcək.
Ted.az