Tamara Mustafayeva, Banco.az
Google şirkəti 11 avqust tarixindən etibarən “stalkerware” adı ilə tanınan və istənilən şəxsin mobil telefon ilə icra etdiyi əməliyyatları izləməyə imkan yaradan proqram və tətbiqlərin reklamlarını qadağan edəcək.
Şirkətin etdiyi açıqlamada sözügedən proqram və tətbiqlərin xüsusən cütlük münasibətlərində qarşı tərəfi izləmək məqsədilə istifadə edildiyi vurğulanıb.
Qeyd edək ki, bu növ tətbiqlər Apple və Google mağazalarında da qadağan edilib. Ancaq onlardan bəziləri rəsmi internet saytları vasitəsilə mobil telefonlara çıxış imkanı əldə edirlər.
Google şirkətinin yeni qərarına əsasən reklamı qadağan edilən proqram və tətbiqlər aşağıdakılardır:
- Mobil telefonların mesaj, zəng və axtarış tarixçəsini izləmək üçün istifadə edilən casus proqramları;
- Hər hansı bir şəxsi öz razılığı olmadan izləmək üçün istifadə edilən GPS izləyiciləri;
- Casusluq məqsədilə istifadə ediləcəyi qeyd edilən nəzarət avadanlıqları.
Şirkət rəsmiləri bildirib ki, bu yeni qaydalara əməl etməyən hesablar bağlanılacaq.
Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt
Bizi sosial şəbəkələrdən izləyin!!