Futbolçular dəyərlərininin azalmasından sığortalanacaqlar | Banco.az

Futbolçular dəyərlərininin azalmasından sığortalanacaqlar

Britaniyanın investisiya şirkəti "Avoca Elite Sports" (AES) Hiscox sığorta şirkəti ilə birlikdə maraqlı bir sığorta məhsulu hazırlayıb. Bu sığorta məhsulu idman klublarına öz oyunçularını zədə və xəstəliklərdən qoruyacaq, klubların özünü isə zədələrlə bağlı olan maliyyə itkilərindən (məsələn, zədəyı görə avrokuboklara vəsiqə qazanmayıbsa) sığortalayacaq. Məhsul ilk növbədə futbol klublarına təklif olunacaq. Sığortanı "Hiscox", təkrarsığortanı isə "AXA", "Munich Re" və "Swiss Re" şirkətləri həyata keçirəcək.
"Maxi" adlanan sığorta məhsulu oyunçuları zədə və xəstəliklər nəticəsində transfer qiymətlərinin aşağı düşməsindən qoruyur, həmçinin klubların oyunçunun zədə ilə bağlı heyətə düşməməsi və beləliklə oyun və heyətin keyfiyyətinin aşağı düşməsi nəticəsində gəlirinin itirilən hissəsini kompensasiya edir. Klublar öz komandalarını 450 milyon funt məbləğində sığortalaya bilərlər. Lakin bir mövsüm ərzində maksimum 100 milyon funt ödəniş ala bilərlər.
"Delloitte"in məlumatına əsasən, Avropanın 20 ən zəngin klubunun oyunçularının ümumi transfer dəyəri  5 milyard funtdan çox olsa da, bu məbləğin çox az qismi sığortalanıb. Nəticədə klublar və oyunçular bəzən iri zərərlə üzləşirlər. Belə ki, 2007-ci ildə Londonun “Arsenal” futbol klubu 12 milyon funta hücumçu Eduardo da Silvanı alır. 2008-ci ildə oyunçu ayağını sındırır və bir il müddətində klub üçün oynaya bilmir. Beləliklə də 2010-cu ildə klub onu 6 milyon funta satır.
Bu cür zədələr komandanın ümumi oyununa, klubun çempionatdakı mövqeyinə, onun yerli liqa və avroliqadakı göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır.
"Avoca Elite Sports" şirkətinin məsləhətçisi Devid Lempitt bildirib ki, yeni məhsul futbol sferasında hər gün artan maliyyə risklərinin idarə edilməsi üçün əvəzolunmaz vasitədir.

Ən sərfəli kredit üçün müraciət et

fins.az