Fransanın Qəraib adalarından birində iki restoranın sahibi olan bir aşpaza öz restoranında yemək yediyinə və bunun vergisini ödəmədiyinə görə 14 min avro məbləğində maliyyə sanksiyası tətbiq olunub.
"L'Hotellerie-Restauration" jurnalına müsahibə verən baş aşpaz Arnaud Blokvel keçən il onun yanına bir vergi müfəttişinin gəldiyini və vergi nəzarəti zamanı hər şeyin normal olduğunu bildirib. Müfəttiş restorandan çıxmazdan öncə: "Siz yeməyinizi harada yeyirsiniz?" – soruşub. Blokvel isə "Bütün günüm burada keçdiyinə görə restoranımda yeyirəm" – cavabını verib.
Ancaq bu cavab Blokvelə baha başa gəlib. Müfəttiş aşpaza yediyi yeməyi bəyan etmədiyini səbəb göstərərək, ona üç illik hesab kəsib. Restorana gələn hər müştərinin orta hesabla 107 avro pul xərclədiyini nəzərə alaraq, aşpaza üç il üçün 14 min avro vergi borcu hesablanıb.
Vergiler.az