FED faiz qərarını açıqladı | Banco.az

FED faiz qərarını açıqladı

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) maraqla gözlənilən faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, FED iyun iclasında uçot dərəcəsini dəyişməyərək sabit saxlayıb.

Belə ki, mərkəzi bank proqnozlara uyğun olaraq uçot dərəcəsini 23 ilin pik həddi olan 5.25-5.50 səviyyəsində saxlayıb.

Faiz qərarı yekdilliklə qəbul edilib.

Qərar mətnində iqtisadi aktivliyin və əmək bazarının güclü olaraq qaldığı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi bank bu il uçot dərəcəsini sadəcə bir dəfə, 2025-ci ildə isə bir neçə dəfə azaltmaq siqnalı verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et