Bir sığorta şirkəti Fust and Furious serialındakı qəzaların hamısını incələyərək ortaya çıxan xərcin 600 milyon dollar olduğunu açıqladı.
Bu filmin heyranları bilirki, bütün seriyaların ortaq cəhəti sonda avtomobillərin yarasız vəziyyətə düşməyidir.
İngilis sığorta şirkəti İnsurance The Gap klassik avtomobil mütəxəssisi Nacho Llacer ilə birlikdə 7 seriyanı seyr edərək qəzaların ümumilikdə 514 milyon dollarlıq bir xərcə səbəb olduğunu açıqladı. Sonuncu seriyası ilə birlikdə ümumi zərərin 600 milyon olacağı bildirilir.
Sonuncu seriya istisna olmaqla ümumilikdə 159 avtomobil yararsız vəziyyətə düşüb, 31 bina yandırılıb, 53 bina isə zərər görüb.
Filmdə yararsız vəziyyətə düşən ən bahalı avtomobil isə 3.4 milyon dollarlıq Lykan Hypersportdur.
Mənbə: Bizplus.az