Facebook ödənişli canlı yayımlara başlayır | Banco.az

Facebook ödənişli canlı yayımlara başlayır

Tamara Mustafayeva, Banco.az

Facebook bu günlərdə istifadəçilərin ödənişli canlı yayımlar həyata keçirə biləcəklərini açıqlayıb.

Dünyanın ən böyük sosial media şirkəti olan Facebook istifadəçi sayını müntəzəm olaraq artırır. Hazırda platformanın dünya üzrə 2.5 milyarddan çox istifadəçisi var. Şirkət istifadəçi sayını artırmaq üçün daima yeni funksiyalar və xidmətlər təqdim edir.

Koronavirus pandemiyası səbəbilə insanların evdə qalmalı olduqları və təbii olaraq sosial şəbəkələrə marağın daha da artdığı bu günlərdə şirkət video-konfrans tətbiqi olan Messenger Rooms tətbiqini elan etmişdi.

Həmçinin oxu: Facebookda qrup video-zəngləri üçün yeni funksiya istifadəyə veriləcək

Şirkətin bu dəfəki yeni addımına görə, artıq istifadəçilərin canlı yayımları istəyə görə ödənişli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Sosial media nəhəngi canlı yayımların ödənişli olması ilə məzmun yaradıcılarının diqqətini çəkməyi hədəfləyir. Böyük şirkətlərin və ya incəsənət nümayəndələrinin həyata keçirdikləri canlı yayımların ödənişli olması ilə Facebook şirkətinin yeni gəlir mənbəyi yaradacağı bildirilir. Bununla yanaşı internet bağlantısı zəif olan istifadəçilərin həmin canlı yayımları sadəcə audio formada dinləyə biləcəkləri də qeyd edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram