"Expressbank" yeni "Gənc bankirlər proqramı"na start verdi | Banco.az

"Expressbank" yeni "Gənc bankirlər proqramı"na start verdi

"Expressbank" gənclərin maliyyə, iqtisad və bank sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün "Express Maarifləndirmə" layihəsi çərçivəsində yeni "Gənc bankirlər proqramı"nı həyata keçirməyə başladı. Proqramın əsas məqsədlərindən biri  bank  sahəsinin  inkişafına və gənclərin təhsil sahəsində banka aid biliklərinin tətbiqinə dəstək olmaqdır. Proqram, ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti tələbələri üçün həyata keçirildi. "Expressbank" əməkdaşlarının təqdimatı zamanı tələbələrin bankla qısa tanışlığı  oldu, ödəniş vasitələri, satış və xidmət texnologiyaları, müştəri münasibətləri və işə qəbul prosesi mövzularına toxunuldu.

Həmçinin, proqram müddətində "UNEC" tələbələri bank sektoru haqqında fikir mübadilələri apararaq yeni biliklər əldə etdilər və təqdimatlar zamanı real satış keyslərini praktiki olaraq həyata keçirdilər. Tələbələrin gələcək karyera planlamasında onlara dəstək olacaq tövsiyələr verildi, müsahibələrə hazırlıq, işgüzar görüşlərdə davranış üslubları haqqında müzakirələr aparıldı.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə qeyd etmək istərdik ki, "Gənc bankirlər proqramı" növbəti mərhələlərdə digər universitetlərdə də həyata keçiriləcəkdir.